Valyutanın rüsumsuz çıxarılmasına görə limit dəyişməyəcək

Valyutanın rüsumsuz çıxarılmasına görə limit dəyişməyəcək

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan rüsumsuz çıxarılan valyutanın həcmində dəyişikliklər etməyi planlaşdırmır.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu DGK-nın sədri Aydın Əliyev 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş mətbuat konfransında deyib.

Qanunvericiliyə uyğun olaraq, hər bir fiziki şəxs Azərbaycandan gömrük rüsumunu ödəmədən 10 min dollaradək nağd vəsait çıxara bilər.

A.Əliyev şəxsi istifadə üçün malların rüsumsuz idxalı üzrə limit məsələsinə toxunaraq qeyd edib ki, bu limit də yenidən nəzərdən keçirilməyəcək.

Hazırda fiziki şəxs gömrük rüsumunu ödəmədən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmamış ümumi dəyəri 1,5 min dollaradək olan məhsulları ölkəyə gətirə bilər.

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR