Uşaqları hər gün sevindirin... - İctimai Birlikdən sosial çarx

Uşaqları hər gün sevindirin... - İctimai Birlikdən sosial çarx

Hər bir dövlətin ən önəmli dəyəri uşaqlardır, çünki ölkənin sabahını inşa edəcək və gələcəyini təmin edəcək şəxslər onlardır. Ancaq sabah üçün uşağın bu günündən vaz keçmək olmaz, onların yaddaşında gözəl uşaqlıq xatirələri buraxmalıyıq. Uşaq yetişdirməkdə kəsə yol yoxdur, onları sevməli, dinləməli, duyğu və düşüncələrinə sayğı duymalı, qorumalıyıq. Uşaqları məhz bu sevgi, sayğı və anlayış özünə inanan, güvənən, sağlam düşüncə və xarakterli bir fərd kimi yetişdirir.  

Uşaqlar öz ehtiyaclarını, onların nəyin incitdiyini, nəyin xoş olduğunu çox gözəl şəkildə ifadə edə bilirlər. Onları bu azadlıqlarından məhrum etməyək. Uşaqlarla necə rəftar etməli olduğumuzu bilmək üçün elə onların özünü dinləmək kifayət edir. "Balaca şahzadə" əsərində deyildiyi kimi, yalnız uşaqlar nə istədiklərini bilirlər. Onları duyaq...

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məhz bu mesajın verildiyi sosial çarx hazırlayıb. Sosial çarx "Təmiz dünya"nın sığınacağında çəkilib. 


Birlik həmçinin valideyn himayəsindən məhrum uşaqlara gözəl bir gün yaşatmaq üçün "NUR" Uşaq Evində olub. Birliyin üzvləri və könüllüləri Uşaqlar Günü münasibətilə uşaqlar üçün bayram tədbiri təşkil edib, onlarla söhbətləşib, oyunlar oynayıb, hədiyyələr verərək sevindirib. 
Uşaqların bir gün deyil, hər gün sevinməsi, gülməsi, sevgi və qayğıyla böyüməsi diləyi ilə...
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR