Uşaq ölümünə səbəb olan həkim "sürgün" edildi

Uşaq ölümünə səbəb olan həkim

Azərbaycanda körpənin ölümünə səbəb olan həkim işləmək üçün ucqar kəndə göndərilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 9-da rayon sakini Nüşabə Muradlı Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hamilə qadın keysəriyyə əməliyyatına alınıb və oğlan uşağı dünyaya gətirb. 

Əməliyyatdan sonra uşağın halı pisləşdiyindən o, Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zəruri yardım göstərilsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, uşağın sarılıq keçirdiyi bildirilir. 

Nazirlikdən verilən digər məlumata görə, uşağı ilkin müayinə edən həkimə şiddətli töhmət verilib və o, ucqar kəndə göndərilib.

Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR