UNİCEF bu ölkəyə 33 ton tibbi yardım göndərdi

UNİCEF bu ölkəyə 33 ton tibbi yardım göndərdi

UNİCEF Yəmənə 33 ton tibbi yardım göndərib.

Publika.az xəbər verir ki, tibbi ləvazimat vəba xəstələrini müalicə etmək üçün göndərilib.
UNİCEF-in Yəməndəki nümayəndəsi Məhəmməd əl Əsədi verdiyi açıqlamada vəba xəstələrinin müalicəsində istifadə ediləcək ləvazimatların epidemiyadan ən çox əziyyət çəkən bölgələrə göndəriləcəyini bildirib.
Dünya Səhiyyə Təşkilatı Yəməndə aprelin 27-dən bəri 713 insanın epidemiya səbəbilə dünyasını dəyişdiyini açıqlayıb.
Epidemiyanın sürətlə yayılma səbəbi isə iki ildir ölkə daxilində baş verən qarşıdurmalar nəticəsində 3 milyon insanın köçkün həyatı yaşaması, təmiz su çatışmazlığı və tullantıların yaşayış məntəqələrindən təmizlənməməsidir.
 
Aktual.az
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR