UEFA-da Ermənistana qarşı intizam işi açıldı

UEFA-da Ermənistana qarşı intizam işi açıldı
  • İDMAN

UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Aktual.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda reallaşan Ermənistan - Xorvatiya oyununda baş verən hadisələr səbəb olub.
Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.
Bundan əlavə, azarkeşlər sözügedən görüşdə protexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb. Buna görə Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov da cəzalana bilər.
Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xəbər 154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR