Ucar sakini əmisi oğlunu bıçaqladı

Ucar sakini əmisi oğlunu bıçaqladı

Ucar sakini əmisi oğlunu bıçaqlayıb.

Rayon Polis Şöbəsindən verilən xəbərə görə, hadisə rayonun Boyad kəndində qeydə alınıb. Kənd sakini Loğman Rəhimov əmisi oğlu Elsun Rəhimova bıçaqla xəsarət yetirib. Xəsarət salan şəxs Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Hadisəni törədən L. Rəhimov saxlanılıb. İlkin araşdırma zamanı hadisənin ehtiyatsızlıqdan baş verdiyi məlum olub.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.//APA.az


Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR