Türkiyədən Suriyaya böyük JEST

Türkiyədən Suriyaya böyük   JEST

Türkiyə 2 ildən sonra Suriyaya ilk ixracatını edib. Türkiyənin Hatay vilayətindən Suriyaya ixracat qarşılığında idxala icazə verilib.

Aktual.az  anspress-ə istindən bildirir ki, Cilvegözü sərhəd gömrük məntəqəsindən bu gün ilkin olaraq min ton kartof və soğan Suriyaya göndərilib.

Hatayın Reyhanlı rayonunda yerləşən Böyük Yaxınşərq Gömrük İdxal-İxrac  şirkətinin sahibi Salih Arslan ixracat icazəsinin Gömrük və Ticarət  Nazirliyi tərəfindən verilməsinin bütün hataylı ticarətçilər üçün sevindirici bir hadisə olduğunu bildirib.

"Nazirliyə etdiyimiz müraciətlərdən sonra müsbət cavab aldıq. Suriyadan pambıq, zirə, paxla idxalına qarşı ölkəmiz də kartof və soğan ixracatına başladı. Yaxın aylarda Suriya tərəfindən gələn tələblərə baxılaraq ixracatı davam etdirəcəyik. Bu imkanı bizə verdiyinə görə Gömrük və Ticarət Nazirliyinə öz təşəkkürümüzü bildirik", - deyə Salih Arslan əlavə edib.

Daha sonra işsizlikdən şikayət edən TIR sürücülərinə də şad xəbəri verən Arslan icazənin verilməsindən sonra TIR-larla nəql edilən məhsulların Cilvegözü Sərhəd Məntəqəsi ilə Suriyanın Bab Al Hava Sərhəd Məntəqəsi arasında olan bölgədə Suriya TIR-larına ötürüləcəyini qeyd edib.

Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR