Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair qanun qüvvəyə minib.
Aktual.az xəbər verir ki, bu barədə "Resmi gazete”də məlumat dərc olunub.
Xatırladaq ki, fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzalayıb, fevralın 12-də isə Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Xəbər 426 dəfə oxunub.