Gürcüstan parlamentinin deputatları Baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökumətə və onun növbəti dörd il üçün proqramına etimad ifadə etmək üçün səs veriblər.
Aktual.az xəbər verir ki, Gürcüstan parlamentinin iclası parlamentin saytında yayımlanıb.
Səsvermənin nəticələrinə görə, 84 deputat yeni hökumətə səs verib. Heç kim buna qarşı çıxmayıb. İclasda yalnız hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının nümayəndələri iştirak edib. Müxalifət parlament seçkisinin nəticələrini tanımır və iclaslarda iştirak etmir.
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində Gürcü Arzusu 150 deputat mandatından 89-nu qazanıb. Bu isə Gürcü Arzusuna təkbaşına parlament iclası keçirməsi üçün legitim əsas verir.
Xəbər 225 dəfə oxunub.