Bakı ilə gərgin danışıqlar gedir, ancaq... - Ovannisyan

Bakı ilə gərgin danışıqlar gedir, ancaq... - Ovannisyan

Sənəd yekunlaşmadığından təfərrüatı açıqlaya bilmərik, amma əsas ideya "Sülh qovşağı” layihəsinə uyğun yolların açılmasıdır.
Aktual.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
"Burada qeyri-adi elementlər yoxdur və söhbət mümkün qədər kommunikasiyaların açılmasından gedir. Üçüncü tərəfin nəzarəti təhlükəsizlik baxımından və ya başqa formada istisna edilir, Ermənistanın suverenliyi və bu marşrutlar üzərində tam nəzarət qorunur”, - nazir müavini bildirib.
Azərbaycanla danışıqlarda yeniliklər barədə açıqlama verən Ovannisyan qeyd edib ki, son vaxtlar çox gərgin görüşlər olub:
"Amma hələ ki, nəticələr barədə danışa bilmərəm. Dövrün görüşlər və təmaslar baxımından görünməmiş dərəcədə aktiv olduğunu görmüsünüz. Son təkliflər paketi Azərbaycana göndərilib və İrəvan cavab gözləyir”.
Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR