İsveçin Moskvadakı səfirliyinə hücum edilib.
Aktual.az xəbər verir ki, bu barədə "Şot” (Shot) Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saat 7 radələrində gənc oğlanlar səfirliyin Mosfilmovskayadakı binasına yaxınlaşaraq, içində rəng olan butulkaları binaya çırpıblar. Daha sonra uzaqlaşmağa çalışsalar da, polis onları saxlayıb. Həbs zamanı gənclərdən biri gözətçi köşkünü də "rəngləyib”.
Vandallar saxlanılarkən polisin suallarına cavab verməkdən imtina ediblər. Hazırda onlar dindirilir. Diplomatik nümayəndəlik binasının boyası isə yuyulur. Məlumata görə, yalnız fasad zədələnib.
Xəbər 340 dəfə oxunub.