Türkiyə suriya vətəndaşları ilə bağlı qərarını açıqladı

Türkiyə suriya vətəndaşları ilə bağlı qərarını açıqladı
  • DÜNYA

Əgər biz indi Suriya məsələsində uğursuzluğa düçar olsaq, gələcək nəsillər bunu Suriyanın deyil, bəşəriyyətin uğursuzluğu kimi qəbul edəcək.


Aktual.az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Londonda Suriyaya dəstək üzrə donor konfransında çıxışı zamanı deyib. O bildirib ki, Türkiyədə 2,5 milyon suriyalı qaçqın sığınacaq tapıb və bu statistikaya əsasən, Türkiyə ən çox suriyalı qaçqına ev sahibliyi edən ölkədir.

Baş nazir qeyd edib ki, Türkiyə qaçqın düşərgələrində olan suriyalı qaçqınlara 10 milyard dollar sərf edib: "Mən öz millətimlə fəxr edirəm. Bu 5 illik böhran dövründə qaçqınlar əleyhinə bir dəfə də olsun nümayişlər keçirilmədi. Biz evlərimizi, məktəb və xəstəxanalarımızı onlar üçün açdıq".

Suriyalıların Türkiyədə çalışmalarına icazə verildiyini deyən Ə.Davudoğlu qaçqınlara münasibətdə "açıq qapı" siyasətini və yardımları davam etdirəcəklərini vurğulayıb.

Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR