Türkiyə Suriya ərazisindən top atəşinə tutuldu

Türkiyə Suriya ərazisindən top atəşinə tutuldu
  • DÜNYA

Suriyanın Cerablus bölgəsindən atıldığı ehtimal edilən iki top mərmisi Türkiyənin Karkamış rayonu bələdiyyəsinin yerləşdiyi binanın və Çakıroğlu jandarm şöbəsinin yaxınlığına düşüb.

Aktual.az Report-a istinadən bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata əsasən, topları terrorçu İŞİD qruplaşmasının silahlıları atıb. Türkiyə hərbçiləri cavab atəşi açıb.

Suriyanın Hələb əyalətinin Cerablus rayonu İŞİD-in nəzarət altındadır.
Qeyd edək ki, 16 gündür türk hərbçiləri Suriyanın Türkiyə ilə sərhədboyu ərazilərini minadan təmizləyirlər. Ötən gün Türkiyə hərbçiləri atəşə məruz qalıb.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR