Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 10-da rəsmi qarşılanma mərasimi olub.

Aktual.az  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident R.T.Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident R.TƏrdoğana, Türkiyə  nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.
 
Aktual.az 
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR