Türkiyə ordusu yeni nəsil haubitsalar aldı

Türkiyə ordusu yeni nəsil haubitsalar aldı

Türkiyə Silahlı Qüvvələrinin arsenalına yeni nəsil "Fırtına-2" haubitsaları təhvil verilib.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən haubitsalar yoxlama və qəbul prosedurları başa çatdıqdan sonra inventara əlavə edilib.
Bundan başqa, "Akıncı" hücum pilotsuz uçuş aparatları (PUA) da ordunun arsenalına qəbul olunub.
Həmçinin qeyd edilib ki, Rusiya-Ukrayna münaqişəsi və ABŞ ilə İsrailin İrana hücumundan sonra Türkiyə ordusunda komando briqadalarının sayının artırılması üçün işlərə başlanılıb.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR