Türkiyə Milli Təhlükəsizlik Konsepsiyasında dəyişiklik ediləcək.
Aktual.az "Haber Global” a istinadən xəbər verir ki, bu məsələ Təhlükəsizlik Şurasının aprel ayında keçiriləcək iclasında müzakirə olunacaq.
Qeyd olunub ki, məxfilik səbəbindən "Qırmızı kitab” adlandırılan milli təhlükəsizlik konsepsiyası Türkiyə üçün daxili və xarici təhdidləri ehtiva edir.
Bildirilib ki, sənəddə müntəzəm olaraq yenilənmələr olur.
Konsepsiyaya sonuncu dəfə 2019-cu il sentyabrın 30-da dəyişiklik edilib.
Xəbər 239 dəfə oxunub.