"Türkiyə Hava Yolları"nın 78 əməkdaşı da FETÖ-çü çıxdı


Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı "Türkiyə Hava Yolları"nın törəmə strukturu "Turkish Ground Services" şirkətinin 78 əməkdaşı işdən azad edilib.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti xəbər verib.

Qəzetin verdiyi məlumata görə, həmin şəxslərin işdən azad edilməsi Fətullah Gülən hərəkatına dəstək vemələri ilə əlaqədardır. Həmçinin şirkətdə işdən azadolmaların davam etdiyi də qeyd olunur.

Bundan öncə "Türkiyə Hava Yolları" Gülən hərəkatı ilə əlaqədə bilinən 211 əməkdaşı işdən azad edib.

Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR