Türkiyə Ermənistana hərbçi göndərir

Türkiyə Ermənistana hərbçi göndərir

Türkiyə beynəlxalq razılaşmaya əsasən Ermənistana hərbi heyət göndərəcək.

Aktual.az APA-ya istiandən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir.

Türk əsgərləri Ermənistana Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində göndəriləcək.

“Razılaşma çərçivəsində Türkiyənin liderliyi ilə 11 oktyabr tarixindən Ermənistanda Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində nəzarət həyata keçiriləcək. Türkiyə Nəzarət Qrupunun tərkibində Slovakiyadan olan hərbçi də yer alacaq. Yoxlamalar həyata keçirildikdən sonra qrup oktyabrın 14-də Türkiyəyə qayıdacaq”, - deyə məlumatda bildirilir.

Xəbər 798 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR