Türkiyə dünyada lider oldu

Türkiyə dünyada lider oldu

Türkiyə 2016-cı ildə toplam dövlət investisiyalarının həcminə görə dünyada birinci yeri tutub.

Aktual.az  ölkə.az-a istinadən bildirir ki, bu il Türkiyə hökumətinin ölkə daxilində həyata keçirilən nəhəng layihələrə ayırdığı investisiyanın ümumi həcmi 44,7 milyard dollar olub.

Bu kapital dünya miqyasında meqalayihələrə ayrılan birbaşa investisiyaların 40%-i deməkdir. Statistikaya görə, dünya ölkələri nəhəng layilərə 2016-cı ildə ümumilikdə 111,6 milyard dollar ayırıblar ki, bunun da 44,7 milyardını Türkiyə hökuməti daxili infrastruktur layihələri üçün nəzərdə tutub.

Türkiyədəki nəhəng layihələrə Osman qazi körpüsü, İstanbulda tikiləcək dünyanın ən böyük hava limanı, yollar, körpülər, tunellər və s. daxildir.

Baş nazir Binali Yıldırımın sözlərinə görə, Türkiyənin 2016-cı ildə iri layihələrə ayırdığı məbləğ 1950-ci ilin Türkiyəsinin toplam milli gəlirindən çoxdur.

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR