Türk iş adamları Twitter-i məhkəməyə verəcəklər

Türk iş adamları Twitter-i məhkəməyə verəcəklər
  • DÜNYA

Sosial mediaya investisiya etmək istəyən türk iş adamları rəqiblərinin vergi ödəməməsindən narazıdırlar. Türk iş adamları bildirirlər ki, onlar "Twitter" kimi sosial şəbəkələrin Türkiyədə vergi ödəməsi üçün məhkəməyə müraciət edəcəklər.

Aktual.az  bu barədə oxu.az-a istinadən xəbər verir.

"Twitter", "Facebook", "Instagram" sosial şəbəkələrinin Türkiyədə vergi ödəməməsi bu sektora investisiya etmək istəyən yerli iş adamlarının əlini-qolunu bağlayır.

"Twitter"in dünyada 313 milyon aktiv istifadəçisi var və şirkət 2016-ci ilin ikinci rübündə 602 milyon dollarlıq gəlir əldə edib. Türkiyədən isə illik 400 milyon dollar gəlir götürür. Ofis açmadığından şirkət vergini başqa ölkələrə ödəyir", - deyə nəşr qeyd edib. 

Yerli sosial platforma yaratmaq istəyən Mobifin şirkəti bu sektorda haqsız rəqabətə son qoymaq üçün xarici sosial şəbəkələrin də vergi ödəməsi üçün məhkəməyə müraciət edəcəklərini deyib. 

Şirkətin İdarə Heytətinin sədri Arif Ünver qeyd edib ki, həmin şirkətlər Türkiyədə qazandıqları gəlirin vergisini də bu ölkədə ödəməlidirlər. Buna görə də həmin şirkətləri məhkəməyə verəcəyini bildirib. 

Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR