Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi

Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi

ABŞ Prezidenti Donald Trampı öldürən şəxsə 50 milyon avro mükafat ayırmışıq.
Aktual.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi deyib.
"Biz hökumətin bu dini missiyanı (Trampı öldürmək) yerinə yetirən hər hansı bir fiziki və ya hüquqi şəxsə mükafat olaraq 50 milyon avro ödəyəcəyini proqnozlaşdırmışıq”, - o bildirib.
Əzizi İranın keçmiş rəhbəri Əli Xameneinin qanının yerdə qalmayacağını söyləyib:
"Biz inanırıq ki, ABŞ-ın murdar prezidenti, İsrailin pis və mənfur baş naziri və CENTCOM komandanı ilə mübarizə aparılmalı və qisas alınmalıdır. Onların imamımızın şəhid olmasına səbəb olan əməllərinə oxşar cavab vermək bizim haqqımızdır”.
Xəbər 112 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR