Trampın arvadı mühafizəçi ilə eşq yaşayır - İDDİA

Trampın arvadı mühafizəçi ilə eşq yaşayır - İDDİA

ABŞ-ın birinci xanımı Melaniya Tramp artıq bir neçə ildir ki, ərinə xəyanət edir.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, belə bir iddia ilə amerikalı yazıçı Monika Birn çıxış edib. Onun sözlərinə görə, Melaniya Tramp illərdir ki, "Trump Tower"cəvahirat mağazasının mühafizəçilərinin rəisi ilə eşq yaşayır.
"Deyilənə görə, Melaniya və əri Donald arasında belə bir razılaşma var imiş ki, əgər prezident seçkilərində uduzacaqsa, cütlük boşanacaq. Amma Tramp qalib gəldi, ona görə də boşanma işi qaldı”, deyə Monika diqqətə çatdırıb.
Yazıçı iddia edir ki, məhz bu sevgiyə görə birinci xanım Vaşinqtona köçməkdən imtina edir. Üstəlik, Tramp da arvadının eşqbazlığından xəbərdardır.
Qeyd edək ki, Monika Birn bu məlumatların mənbəyini açıqlamayıb. Ona görə də onun iddiası şayiə kimi qiymətləndirilir.
 
Aktual.az
Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR