Tramp Türkiyə və Hindistanla ticarətdə güzəştləri ləğv edir

Tramp Türkiyə və Hindistanla ticarətdə güzəştləri ləğv edir

ABŞ Prezidenti Donald Tramp Hindistan və Türkiyə ilə ticarətdə güzəştli rejimi ləğv etməyi planlaşdırır.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, müvafiq bildiriş Konqresə göndərilib.

Ağ Evin rəhbəri qərarı onunla izah edib ki, Yeni Dehli Amerika şirkətlərinə "Hindistan bazarına bərabər və məntiqli girişin" təqdim edilməsi üçün zəmanətlər verməyib.

Türkiyə ilə məsələyə gəlincə isə, Tramp bu qərarı "ölkənin iqtisadi inkişaf səviyyəsi əsasında" verib. ABŞ liderinin sözlərinə görə, güzəştlərin qüvvədə olduğu son 45 il ərzində Türkiyə iqtisadiyyatı əhəmiyyətli dərəcədə güclənib və diversifikasiya olunub, əhalinin gəlirləri səviyyəsi artıb, yoxsulluq azalıb.

 
Aktual.az
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR