Tramp “Skripal işi”nə görə Rusiyaya sanksiya tətbiq edib

Tramp “Skripal işi”nə görə Rusiyaya sanksiya tətbiq edib
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ikinci sanksiyalar paketinin tətbiqi ilə bağlı fərman imzalayıb.

APA-nın "Politico” saytına istinadən verdiyi xəbərə görə, məlumatı iki rəsmi mənbə təsdiqləyib.
Bildirilib ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, istefada olan polkovnik Sergey Skripalın qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənməsi Rusiyaya qarşı ikinci sanksiyalar paketinin tətbiq edilməsinə səbəb olub.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi hələ mart ayının sonunda sanksiyalar paketini hazırlayaraq Prezidentə təqdim etsə də, D. Tramp sənədin imzalanmasını təxirə salıb.

Aktual.az
Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR