Tovuzda zəncirvari qəza - 6 nəfər xəstəxanaya yerləşdirildi - ADLARI

Tovuzda zəncirvari qəza - 6 nəfər xəstəxanaya yerləşdirildi - ADLARI

Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb.

Aktual.az Trend-ə istinadən əbər verir ki, hadisə rayon ərazisində baş verib. Belə ki, "VAZ 21 06" və "VAZ 21 07" markalı minik avtomobilləri "TIR" markalı yük avtomobili ilə toqquşub.
İnsident nəticəsində 6 nəfər xəsarət alıb.
Hadisə nəticəsində xəsarət alan, rayonun Alakol kənd sakinləri - 1988-ci il təvəllüdlü Musayev Elvin İlqar oğlu, 1984-cü il təvəllüdlü Rüstəmova Sevinc İlqar qızı, 1957-ci il təvəllüdlü Tağıyeva Şamama Kərəm qızı, 1959-cu il təvəllüdlü Rzayeva Yelena Məcid qızı və 2002-ci il təvəllüdlü Rüstəmova Aylin Adil qızı müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, 7 yaşlı A.Rüstəmovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 34 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR