"Torpaq namus məsələsidir”... - Əbülfəz Fərəcoğlu



Bunu uzun illərdi Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı rəssam deyib. Əbülfəz Fərəcoğlu İstanbulun Yeşilyurt məhəlləsindəki “Ekim” sənət mərkəzində öz fəaliyyətini davam etdirir. Türkiyədə 25 sərgisi açılıb. Demək olar ki, dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə rəssamın sənət əsərləri nümayiş olunub.

Onun Aktual.az-a dedikləri:


Sənətlə məşğul olan insanlar hər zaman müharibəyə qarşı olublar. Bu gün mən də dünyada baş verən müharibələri lənətləyirəm. Heç zaman müharibə olmasın... Son günlər Azərbaycanın cəbhə bölgəsində yaşananlar üzücü xəbərlərdir. Amma buna baxmayaraq torpaq namus məsləsidir. Necə olursa olsun, torpağlarımızı geri almalıyıq... Torpaqlarımız ermənilərdən azad edilsin! Bəlkə də, bir az gecikdik. Son günlərdə baş verənlər onu göstərdi ki, torpaqlarımızı almağın əsl zamandır. Azərbaycan öz gücünü dünyaya nümayiş etdirməlidir! Şəhid olan qardaşlarımıza rəhmət dinləyirəm! Allah ailələrinə səbr versin! Necə deyərlər, vətən sağolsun... Mən İstanbulda yaşayan bir azərbaycanlı olaraq əsgərlərimizlə qürur duyuram. Onlara çox güvənirəm! 18 ildir ölkədən kənarda yaşayıram. Həyatımı İstanbulda qurmuşam. Məhz bu illərdə daim Azərbaycanın adını, onun sənətkarlığını yüksəklərə qaldırmaqa çalışmışam. Qəlbim hər zaman Azərbaycanladır! Yaşa Azərbaycan...


Nigar İsmayılqızı/Türkiyə,İstanbul
05.04.2016

Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR