Tikintidə qəza - Daşlar küçədən keçənlərin üzərinə töküldü

Tikintidə qəza - Daşlar küçədən keçənlərin üzərinə töküldü

Bakıda tikintidə qəza baş verib.

Nəsimi Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.

Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.

Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib. //Apa

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR