Bakı-Tiflis-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır.
Aktual.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır:
"Tiflisdən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Azərbaycana daxil olmaq yalnız təyyarə və qatar yolu ilə olduğundan, Tiflis-Bakı istiqaməti üzrə daha çox tələbat var".
A.Fərəcov qeyd edib ki, bu günə olan məlumata görə, yalnız Tbilisidən 6 000-dən yuxarı sərnişin artıq qatara minib və istifadə edib: "Bu göstərici Bakıdan 5 000 yuxarıdır".
Xəbər 48 dəfə oxunub.