Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyuldu (FOTO/VİDEO)

 Tərtərdə

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub.

Rayonun Şıxarx kəndində keçirilən mərasimdə yüzə yaxın şəhid ailəsi, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib.

Layihə rəhbəri, sosial fəal Emin Tarverdiyev jurnalistlərə açıqlamasında ümumi sahəsi 3 hektar olan parkda hər şəhidin xatirəsinə bir ağac əkiləcəyini, burada dəmir yumruq və Xarı bülbül heykəlinin ucaldılacağını bildirib.

Tərtər rayon icra hakimiyyətinin dəstəyi ilə inşa edilən Xatirə parkının açılışı zəfər günü keçiriləcək.//APA TV
 

Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR