Təmirə ehtiyacı olan məktəblərin sayı - Açıqlandı

Təmirə ehtiyacı olan məktəblərin sayı   - Açıqlandı

"Respublikada hələ də 1 808-ə yaxın məktəb yeni istiliklə əvəz olunmalı, təmir-bərpa işləri aparılmalı və ya əsaslı təmir işləri görülməlidir. Belə məktəblərin sayı üstünlük təşkil edir". 

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nzirliyinin Əsaslı tikinti və təchizat idarəsinin Satınalmalar şöbəsinin müdiri Elman Əzimov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2013 - 2015-ci illərdə tikilmiş, əlavə korpusu inşa edilmiş və əsaslı təmir olunnmuş ümumi təhsil müəssisələrinin sayı 2 923-dür:
 "Təhsil Nazirliyinin sifarişi ilə 793, Heydər Əliyev Fondunun xətti ilə 412, digər mənbələr hesabına isə 1 792 məktəb tikilib. 2016-cı ilin Dövlət İnvestisiya Proqramında respublika üzrə 40-a yaxın tədris müəssisəsində təmir-tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulub".

Nazirlik rəsmisi onu da qeyd edib ki, ölkədə kənd yerlərində şagird tutumu orta hesabla 20 nəfərlə deyil, 12 nəfərlə hesablanır: "Misal olaraq, 2013-cü ilin statistikasına əsasən, 100-ə yaxın məktəbdə şagirdlərin sayı 30, 250-yə qədər məktəbdə 50, 650 məktəbdə isə 51-dən 100-ə kimidir". 

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR