Tapançadan havaya atəş açan şəxs tutulub

Tapançadan havaya atəş açan şəxs tutulub

Abşeronda silahlı insident olub.

Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılıb və ondan 1 ədəd "Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR