Taleh Qaraşovun əlində «əsir qaldığı» oğulları

Taleh Qaraşovun əlində «əsir qaldığı» oğulları

Lənkəranın icra başçısı rayonu nəzarətində saxlaya bilmir, övladları isə problemlər yaradırlar.

Lənkəranın icra başçısı Taleh Qaraşovun qara günləri başlayıb. Aktual.az Politika.Az-a istinadən xəbər verir ki, məlumata görə, buna səbəb icra başçısının artıq idarəçilik qabiliyyətini itirməsi, rayonda hərci-mərcliyin baş alıb getməsi, habelə oğlanlarının atdığı addımların mətbuata çıxmasıdır. 

Məlumatlarda vurğulanır ki, Qaraşov artıq Lənkəranı idarə etmək gücünü də itirib. Yaranmış xeyli sayda problemləri aradan qaldıra bilməyən, əhali ilə davranışlarında belə qaydalara riyayət etməyən sözügedən şəxsin bir sıra digər problemləri də var. 

Məsələn, icra başçısının oğlanlarının atdığı hərəkətlər nəinki Lənkəranda diqqəti çəkir, hətta Bakıda da «məşhuri cahan» olub. Belə ki, Taleh Qaraşovun bir oğlu konkret olaraq tender işlərinə baxır. Onun rayonda həyata keçirilən bütün tenderləri yaratdığı offşor firmalara satması da gizli məsələ deyil. 

Qaraşovun bir digər oğlu isə polisdə çalışır. Amma onun da adı bahalı avtomobil həvəskarı olması məsələsinə qarışıb. Mənbələr iddia edir ki, oğul Qaraşovun Bakıdakı villasının altında yerləşən qarajda xeyli sayda bahalı və antikvar maşınlar mövcuddur. Və bu qədər maşınların alınması üçün nə qədər pul xərcləndiyi də məlumdur. 

Bəzi iddialara görə, icra başçısının oğlunun son sürdüyü maşının qiyməti 3-4 yüz min manatlıq olub. Bu qədər bahalı maşanı hansı pulla aldığı isə məlum deyil. 

Xəbər 3185 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR