Taksi sürücüləri üçün - Yeni qaydalar

Taksi sürücüləri üçün   - Yeni qaydalar

Nazirlər kabineti "avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları"nda dəyişiklər edib. Yeni qaydalara əsasən artıq yaşı 21-dən az olan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Həmçinin taksi sürücülərinin minimum iki illik sürücülük təcrübəsi də olmalıdır. Amma dəyişiklər bununla da bitmir.

Aktual.az Xəzərxəbər-ə istinadə xəbər verir ki, Nazirlər kabineti taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərlə bağlı yeni meyarlar müəyyən edib. Artıq yaşı 21-dən az olanlar taksiçi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.

Həmçinin taksi sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçəcəklər.

Yeni qaydalara əsasən həmçinin Bakıda sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri "Fərqlənmə nişanı"nı artıq Nəqliyyat Nazirliyindən yox Bakı Nəqliyyat Agentliyindən alacaqlar.

Bu arada Nazirlər Kabineti ``Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası"nı da təsdiq edib. Yeni qaydalara əsasən Nəqliyyat vasitələrində və avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan elektron tabloların yerləşdirilməsinə yol verilməyəcək. qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır. çünki belə reklamlar sürücülərin diqqətitninin yayınmasına səbəb olur və qəza riskini artırır.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR