Tahir Mirkişili Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırdı

Tahir Mirkişili Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırdı

 
Azərbaycan Milli Məclisinin AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili İrəvanda Ermənistan parlamentinin spikeri vəzifəsini icra edən Hakob Arşakyanın Qarabağda yaşayan ermənilərin taleyi haqda narahatlığına münasibət bildirib.

"Report"un xəbərinə görə, Tahir Mirkişili onun yəqin ki, Xankəndini nəzərdə tutduğunu deyərək ordakı iqtisadi, sosial vəziyyətin Azərbaycan tərəfində narahatlıq doğurduğunu vurğulayıb və ən doğru yolun ermənilərin tezliklə Azərbaycan vətəndaşlığını qəbul etməsi və sosial, iqtisadi resurslardan yararlanması olduğunu qeyd edib.

Azərbaycan və Ermənistanın gündəliyində sülhün, inkişafın olmasının vacibliyini qeyd edən deputat bu məsələlərdə parlamentlərin hökumətə və xalqa daim dəstək göstərməli olmasının vacibliyini xüsusi vurğulayıb.
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR