Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirildi (YENİLƏNİB)

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirildi (YENİLƏNİB)

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Aktual.az-ın xəbərinə görə, sənədlərin imzalanma mərasimindən sonra dövlət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.
 
16.15

Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir.

Qaynarinfo-nun məlumatına görə, görüşdən sonra sənədlərin imzalanma mərasimi və dövlət başçılarının mətbuata bəyanatı olacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR