Sürücülərə ŞOK cəza gəlir - 4 min manat cərimə, 2 ay həbs

Sürücülərə ŞOK cəza gəlir - 4 min manat cərimə, 2 ay həbs

Azərbaycanda avtoxuliqanlara qarşı yeni cəzalar tətbiq olunacaq

Azərbaycanda avtoxuliqanlıqla məşğul olan sürücülərə qarşı yeni cəzaların tətbiq edilməsi təklif edilir. Avtosfer.az xəbər verir ki, Milli Məclisdən trend-ə verilən məlumata görə, bu məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavələrdə öz əksini tapıb. Məcəllənin 296-1-1-ci maddəsinə təklif olunan əlavəyə əsasən, 296-1-1-ci maddədə nəzərdə tutulmuş hərəkətlərin aşkar sürətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 min manatdan 4 min manata qədər miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd edək ki, Məcəllənin 296-1-1-ci maddəsində avtoxuliqanlıq dedikdə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər nəzərdə tutulur.

// Aktual.az

Xəbər 3098 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR