Sumqayıtda partlayış - 1 nəfər öldü

Sumqayıtda partlayış   - 1 nəfər öldü

Sumqayıtda qaz sızması nəticəsində partlayış olub.

Aktual.az  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub. 

Xilasedicilər dağıntılar altında qalan 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 04:14-də başa çatıb. 

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR