Sumqayıtda ağır yol qəzası baş verib, ölən və yaralılar var

Sumqayıtda ağır yol qəzası baş verib, ölən və yaralılar var

Sumqayıt şəhərində baş verən yol qəzasında ölən şəxsin adı məlum olub.

"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, ölən şəxs 1993-cü il Məmmədov Tural Məmməd oğludur. 
Yaralılardan 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və 1995-ci il təvəllüdlü Aidə Kərimovanın müalicəsi xəstəxanada davam etdirilir.
Digər iki yaralı isə ambulator müalicəyə göndərilib.

***
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb. 
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar. 
Faktla bağlı araşdırma aparılır.
Xəbər 661 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR