Süleyman Mikayılovdan Vasif Talıbova hörmətsizlik - “Onunla işləməkdənsə…”

Süleyman Mikayılovdan Vasif Talıbova hörmətsizlik   - “Onunla işləməkdənsə…”

Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun tutduğu vəzifədən azad olunacağı gözlənilir.

Aktual.az savash.org-a istinadən xəbər verir ki, bununla bağlı daxil olan informasiyada deyilir ki, Qaradağa rəhbərlik etdiyi altı il ərzində adı bir sıra qalmaqallı olaylarda, eləcə də maliyyə maxinasiyalarında hallanan icra başçısının Naxçıvan Muxtar Respublikasında o qədər də böyük olmayan vəzifəyə təyinat alacağı planlaşdırılıb.

Məlumatda o da yer alır ki, ancaq Süleyman Mikayılov özüylə bağlı planlaşdırılan bu vəzifə dəyişikliyinə ciddi cəhdlə mane olmağa çalışır. Onun narazılığının səbəbi isə heç də xırda vəzifəyə təyinat alması yox, məhz Naxçıvana göndərilməsidir.

Mənbənin sözlərinə görə, bəlli olmayan hansısa səbəb üzündən Süleyman Mikayılov doğulub, boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasında işləməkdən bütün vasitələrlə boyun qaçırır. “Naxçıvanda Vasif Talıbovun rəhbərliyi altında işləməkdənsə vəzifəsiz qalmağı üstün tutaram” tipli açıqlamalara müəlliflik edən Süleyman Mikayılovun Vasif Talıbovla hansı probleminin olması haqda müxtəlif versiyalar səsləndirilir. Həmin versiyaların detallı təfərrüatları haqda isə yaxın günlərdə tanış olmaq imkanı qazanacaqsınız.

Xəbər 620 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR