Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Aktual.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonun Şükürbəyli kəndinə 39 ailə - 165 nəfər yola salınıb.
Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xəbər 36 dəfə oxunub.