Şri-Lankada niqab taxmaq qadağan edilib

Şri-Lankada niqab taxmaq qadağan edilib

Şri-Lanka hökuməti niqab və təhlükəsizlik üçün risk yaradan, üzü bağlayan və vətəndaşların kimliyinin üzə çıxarılmasına mane olan geyimləri qadağan edib.

ONA "Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Şri-Lanka Prezident Aparatının bəyanatında deyilir.
Qərar ötən həftə Nazirlərin Şurası tərəfindən müzakirə edilib. Niqab taxmaq qadağası bu gündən etibarən qüvvəyə minir.


Qeyd edək ki, qərar son günlərdə Şri-Lankada törədilən silsilə terror hücumlarından sonra təhlükəsizliyi təmin etmək məqsədilə qəbul edilib. 



Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR