Sosial evlərin kirayə haqqı neçəyə olacaq?

Sosial evlərin kirayə haqqı neçəyə olacaq?

"ASAN xidmət" layihəsi kimi, sosial evlər layihəsinin də Azərbaycan modeli yaradılmalıdır".

Aktual.az azvision.az-a istinadən bildirir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Əli Məsimli səsləndirib.

Deputat bildirib ki, son 10 ildə Azərbaycanda sosial ipoteka ilə ev alanların sayı 4 min nəfərdən çoxdur.

"Hesab edirəm ki, sosial evlər layihəsi ilə ev alanların sayı sürətlə artacaq. Bunun üçün məqsədli planın hazırlanması, atılacaq addımların müəyyənləşdirilməsi və maliyyələşmə imkanlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir. Sosial evlər layihəsində xarici maliyyə mənbələrindən də istifadə etmək olar. Sosial evlər layihəsinin icrasına başlanan zaman ölkədə ali təhsil müəssisələrinin, sənaye obyektlərinin Bakı şəhərinin kənarına köçürülməsi məsələsi nəzərə alınmalıdır. Azərbaycanda orta aylıq əmək haqqı 500 manatdan azdır. Büdcə təşkilatlarında çalışanlar 200-300 manat əmək haqqı alır. Regionlarda əhalinin gəliri isə ölkədəki orta aylıq əmək haqqından 1,5-2 dəfə aşağıdır. Bunu nəzərə alaraq sosial evlər layihəsinin icrasına başlanan zaman kirayə haqlarının 100 manat və ya bundan aşağı məbləğdə müəyyən edilməsini təklif edirəm".

Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR