“Son Zəng” tədbirləri bu tarixdə keçiriləcək – Təlimatlar

“Son Zəng” tədbirləri bu tarixdə keçiriləcək – Təlimatlar

Cari ildə dövlət ümumitəhsil məktəblərində Son Zəng tədbiri iyunun 13-də keçiriləcək.
Aktual.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, "Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.
Məktəblərə göndərilən təlimatda bildirilir ki:
Tədbir səhər saat 9:00-da başlamalı və ən gec 2 saat ərzində bitməlidir.
Şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır.
Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.
Tədbir zamanı bayağı musiqilərə yol verilməməlidir.
Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır.
Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır.
Xəbər 81 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR