Son həftədə Qarabağda nə qədər mina tapılıb?

Son həftədə Qarabağda nə qədər mina tapılıb?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
ANAMA-dan Aktual.az-a verilən məlumata görə, azad olunan ərazilərdə 1-7 aprel 2024-cü il tarixi ərzində 10 tank əleyhinə mina, 47 piyada əleyhinə mina, 718 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 1576 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
Xəbər 118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR