Paşinyan: Ermənistan KTMT-də fəaliyyətini bərpa etməyəcək

Paşinyan: Ermənistan KTMT-də fəaliyyətini bərpa etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etmək üçün heç bir addım atmayacaq.
Aktual.az-ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi” partiyasının seçki proqramında yer alan çoxtərəfli əməkdaşlıq məsələlərini təqdim edərkən danışıb.
"Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq. Bu, bizim seçki proqramımızda da təsbit olunub”, — Baş nazir qeyd edib. (apa)
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR