ABŞ və İsrailin İrana hücumları uğursuz oldu – Cəlali

ABŞ və İsrailin İrana hücumları uğursuz oldu – Cəlali

Tramp müharibədə əldə edə bilmədiyini danışıqlarda əldə etməyəcək.
Aktual.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
"Onlar bir neçə gün ərzində bütün İranı fəth edəcəklərini və rejim dəyişikliyini həyata keçirə biləcəklərini demişdilər. Hansı tapşırıqlarında uğur qazandılar? Heç birində. ABŞ və İsrailin İrana hücumları uğursuz olub.
ABŞ-ın tələbləri münaqişənin gedişatında kəskin şəkildə dəyişib. Əvvəlcə onlar rejim dəyişikliyi istəyirdilər, amma o nöqtəyə çatdılar ki, indi yalnız Hörmüz boğazını açmaq istəyirlər.
Trampın elan etdiyi dəniz blokadası isə heç bir məna kəsb etmir, çünki gələcək hərəkətlər üçün dəmir iradəmiz var”, - Cəlali bildirib.
Xəbər 75 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR