Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Baş Prokurorluqda aparılan istintaq çərçivəsində ifadə verib.
Bu barədə Aktual.az-a Heydər Oğuz məlumat verib.
O bildirib ki, F.Nəcəflinin istintaqa cəlb edilmə səbəbi 10 milyon ton taxıl ehtiyatının satılaraq, pulunun mənimsənilməsi ilə bağlıdır:
"Qeyd edim ki, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli ilə bağlı da iddialar var və məndə olan məlumata görə, o da Naxçıvanda baş verən özbaşınalıqla bağlı Bakıya çağırılıb.
Həmçinin yeyintilər olan zamanlarda Ceyhun Cəlilov Baş nazir idi.









Ətraflı




Ad - 00:10




Ancaq onu da vurğulamaq istəyirəm ki, bu, sabiq xüsusi nümayəndə ilə bağlı yeganə hadisə deyil”.
Xatırladaq ki, daha öncə də Naxçıvan Taxıl Məhsulları MMC-nin sədri Şakir Tarverdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Fuad Nəcəfli ötən il noyabrın 12-də vəzifəsindən azad edilib.
Xəbər 66 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR