ABŞ Çinə qarşı hərbi təlimlərə başladı

ABŞ Çinə qarşı hərbi təlimlərə başladı

ABŞ Çinə qarşı mübarizə aparmaq üçün Filippinlə birlikdə ən böyük hərbi təlimlərinə başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
"Hər il keçirilən "Balikatan” təlimlərində 17 mindən çox hərbçi iştirak edir. ABŞ, Avstraliya, Kanada, Fransa, Yeni Zelandiya və Filippinin iştirakı ilə keçirilən təlimə bu il ilk dəfə olaraq Yaponiya da qatılıb”, - məlumatda deyilib.
Qeyd olunub ki, aprelin 20-dən başlayan hərbi təlim mayın 8-dək davam edəcək:
"Bu müddət ərzində hərbçilərə atəş təlimləri, hava və raketdən müdafiə üzrə təlimlər, dəniz təhlükəsizliyi, sualtı qayıqlara qarşı döyüş, desant əməliyyatları və xilasetmə əməliyyatları üzrə təlim keçiriləcək. Amerika tərəfi bu təlimləri Filippin tarixində ən böyük hərbi təlim adlandırıb”.
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR