Siyəzəndə ağır qəza: 2 nəfər öldü, bir nəfərin vəziyyəti ağırdır

Siyəzəndə ağır qəza: 2 nəfər öldü, bir nəfərin vəziyyəti ağırdır

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az Trend-ə istinadən bildirir ki, hadisə ötən gecə rayonun Zarat kəndində qeydə alınıb. Yük və minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar təcili tibbi yardımla Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Xəsarət alanlar 1991-ci il təvəllüdlü Savalanov Hümbət Sayəddin oğlu, onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və 1987-ci il təvəllüdlü Əliyeva Oksana Gülağa qızıdır.
Mərkəzdən Trend-ə verilən məlumata görə, ağır bədən xəsarətləri alan şəxslər reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq xəsarət alan hər iki qadın dünyasını dəyişib. H.Savalanov isə açıq kəllə-beyin travması ilə müalicə olunur.
Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR