Səyyar ASAN xidmət İsmayıllı və Lerikdə

Səyyar ASAN xidmət İsmayıllı və Lerikdə

Səyyar ASAN xidmət 7 – 31 iyul tarixində İsmayıllı və Lerik rayonlarında vətəndaşlara səyyar formada xidmət göstərəcək.
 
 Aktual.az-ın məlumatına görə, səyyar avtobuslar  avqustun 28-dək  Xaçmaz şəhərində,  avqustun 8-dək Yevlax rayonunun Xaldan şəhərində, avqust 13-dək Abşeron rayonunun Qobu qəsəbəsində, səyyar "ASAN qatar” isə  iyulun 19-na qədər  Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar.
 
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
 
Aktual.az
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR